Çox yox, düzgün hazırlaş: imtahanda uğurun açarı

A
AzSınaq
28 Mar 2026 · 6 dəq oxu · 2.4m
Çox yox, düzgün hazırlaş: imtahanda uğurun açarı

Daha çox oxumaq imtahandan yüksək nəticə qazanmağın əsas qarantiyası kimi görünür. Amma əslində bu sənin əsas problemini gizlətməyin deməkdir: sənin planın, hazırlıq strategiyan yoxdur.

Yaxşı nəticə üçün çox oxumaq kifayət deyil. Əsas məsələ nəyi, nə vaxt və necə oxuduğunu bilməkdir. Ağıllı plan isə buradan başlayır — hansı mövzular sənə daha çox bal qazandırır, həftə ərzində real olaraq nə qədər oxumalısan və öz potensialını necə qiymətləndirməlisən.

Vaxt hamı üçün məhduddur. Onu dəyərli edən isə düzgün strategiyadır.

“Sənə daha çox saat yox, düzgün sistem lazımdır.”

Niyə “düzgün” hazırlaşmaq “çox” oxumaqdan daha yaxşıdır?

Saatlarla oxumaq bəzən sadəcə bildiyin şeyləri təkrar etmək olur. Bu sənə məhsuldar görünsə də, nəticədə balını artırmır. Düzgün hazırlıq isə fərqlidir: daha çox bal gətirən mövzulara fokuslanırsan, oxuduğunu aktiv şəkildə xatırlayırsan və müəyyən aralıqlarla təkrar edirsən. Yəni məqsəd sadəcə oxumaq yox, öyrəndiyini möhkəmləndirməkdir. Hazırlıq planı yalnız çox çalışmağa deyil, düzgün istiqamətdə çalışmağa xidmət etməlidir.

Necə başlaya bilərsən?

1
Həftəni planla
Özünə 2–3 əsas mövzu seç. Hər gün üçün qısa və real dərs vaxtları təyin et.
2
Məqsədli məşq et
Vaxt qoyaraq test həll et. Səhv etdiyin sualların üstündən keçmə — niyə səhv etdiyini yaz.
3
Yoxla və düzəlt
Hər günün sonunda səhvlərinə bax və sabah nəyi daha çox işləməli olduğunu müəyyən et.

Nəticə

Sənə daha çox saat yox, düzgün sistem lazımdır.

Planlı şəkildə hazırlaşıb müntəzəm olaraq özünü yoxlasan, inkişafın daha aydın və proqnozlaşdırıla bilən olacaq.

Kiçikdən başla, həftəlik ölç, sonra artır.

Teqlər:
Təhsil məsləhətləri
İmtahan hazırlığı
Yaddaş
Zamanın idarəsi

Bloqumuzdan Öyrənin

Həftəlik Təhsil Məsləhətləri
Ən yeni imtahan strategiyaları və platform yenilikləri hər həftə e-poçtunuza göndərilir
E-POÇT ÜNVANINIZI DAXİL EDİN
Mövzular
Mövzu üzrə məqalələri kəşf edin və daha tez tapın
Təhsil məsləhətləri
Sınaq imtahanları
Dövlət qulluğu
Yaddaş
Vaxt İdarəetməsi
Həyat tərzi
Sertifikasiya
Analitika
AZSINAQ - Ağıllı İmtahan Sistemi